Xəstəyə “Hepatit C”li ürək köçürüldü


09:46     21 Yanvar 2019 19_01_21_1548049542.jpg

ABŞ-ın Anakorts şəhərinin sakini Kerri Haysa “Hepatit C”dən əziyyət çəkmiş donorun ürəyi köçürülüb.


Femida.az xəbər verir ki, bu barədə “Seatly Times” nəşri məlumat yayıb.

49 yaşlı amerikalı xəstə ürək qüsuru ilə anadan olub. Artıq 28 yaşında olanda sağ qalması üçün cərrahlar açıq ürək əməliyyatı aparıb. Son dörd il ərzində Hays daha dörd dəfə bıçaq altına uzanmalı olub. Sonuncu əməliyyatda ona süni ürək köçürüblər.

Ancaq süni ürək müvəqqəti xarakter daşıyıb və həkimlər onun növbədənkənar şəkildə ürəklə təmin olunması üçün “Hepatit C”li donorun ürəyini təklif ediblər. Bu arada, cərrahlar onu bu xəstəliyin 99 faiz sağalan olduğuna inandırıb.

Ötən il baş tutan əməliyyatdan sonra Hays “Hepatit C”yə yoluxub. Lakin dekabr ayına kimi həkimlər bu xəstəliyi tam müalicə edə biliblər. Xəstənin səkkiz həftə ərzində davam edən virusa qarşı müalicədən keçdiyi bildirilir.

Hepatit - viruslu infeksiyadan doğan qaraciyər iltihabıdır və dünyanın ən geniş yayılmış infeksion xəstəliklərindən hesab olunur. Xəstəliyin “A”, “B”, “C”, “D”, və “E” tipləri var.

Açar sözlər:

Oxunub: 402