Güzəştli mənzil almaq asanlaşdı - Yeni qaydalar
10:30 21 Yanvar 2019
Azərbaycan Respublikası Prezidentinin 14.01.2019-cu il tarixli 469 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişikliklər edilib.
Femida.az xəbər verir ki, yeniliklərdən biri “Güzəştli mənzil” sistemində elektron kabinet verilmiş şəxsin agent banka müraciət edərək ilkin razılıq qərarını almasıdır. Bu dəyişiklik vətəndaşlara agent banklar tərəfindən veriləcək kreditin məbləğini və müddətini öncədən müəyyən edərək mənzil seçimini və onun əldə edilməsini rahatlaşdıracaq.
Daha bir yenilik mənzillərin satışı müddətində mənzil seçimi edə bilməyən şəxslərə mənzil əldə etmək imkanının yaradılmasıdır. Belə ki, “Güzəştli mənzil” sistemində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Yəni, əgər hər hansı bir səbəbdən mənzil onu seçmiş şəxs tərəfindən əldə edilmədikdə, ilk olaraq gözləmə qaydasında həmin mənzil birinci sırada seçmiş şəxsə təklif ediləcək. Eyni qaydada, əgər mənzil hər hansı bir səbəbdən birinci sırada seçmiş şəxs tərəfindən də əldə edilməsə, həmin mənzil gözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklif ediləcək.
Digər yenilik Agentlik tərəfindən mənzillərin satış qiymətinə tətbiq edilən əlavə endirimlərdən yararlanmaq istəyən vətəndaşlar üçündür. Bu yeniliyə əsasən mənzilləri öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək almaq istəyən şəxslər üçün satış elanı veriləcək.
“Güzəştli mənzil” sistemində olan bu yeniliklər 2019-cu il mayın 1-dən etibarən tətbiq ediləcək.
Femida.az
Oxunub: 944
Oxşar xəbərlər
- Gəncədə mənzildə qadın meyiti aşkarlanıb
- Bakıda mənzildə bir nəfərin meyiti aşkarlanıb
- Bakıda mənzildən 62 min dollar oğurlanıb
- Abşeronda mənzildə kişi meyiti aşkarlanıb
- ƏƏSMN tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə qaydası təsdiqlənib
- Bakıda mənzildə 61 yaşlı qadının meyiti tapılıb
- Prezidentdən kirayə mənzillərlə bağlı FƏRMAN - Bu qayda LƏĞV OLUNDU
- Ağcabədidə mənzildə 60 yaşlı kişi meyiti tapılıb
- Bakıda mənzildə 82 yaşlı qadın meyiti tapılıb
- Mənzil İnşaatı Dövlət Agentliyi Yasamalda yeni mənzilləri satışa çıxarıb