Avtobus 68 yaşlı qadını xəstəxanalıq etdi


10:55     21 Yanvar 2019 xestexana.jpg

Bakıda avtobus 68 yaşlı qadın piyadanı vurub.


Femida.az-ın məlumatına görə, hadisə ötən gün Qara Qarayev prospektində qeydə alınıb. Şahidlərin sözlərinə görə, 15 nömrəli sərnişin avtobusu yaşlı qadını vuraraq təkərin altına atıb. Nəticədə yaşlı qadın müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.

3 saylı Şəhər Klinik Xəstəxanasından Trend-ə verilən məlumata görə, 1950-ci il təvllüdlü Ağalarova Afərim Kamran qızı ötən gün saat 12 radələrində xəstəxanaya yerləşdirilib:

"Sağ baldırının sınması, böyük ölçüdə zədələnərək soyulması xəsarətləri ilə gətirilib. Hazırda onun vəziyyəti sabit ağır olaraq qiymətləndirilir".

Femida.az

Açar sözlər:

Oxunub: 304