Abituriyentlərin nəzərinə!


11:30     21 Yanvar 2019 imtahan5.jpg

Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu ilin qəbul imtahanı modelinə uyğun yeni təhsil proqramları üzrə fevralın 10-da sınaq imtahanı keçirəcək.



Qurumdan Femida.az-a daxil olan məlumata görə, sınaq imtahanında iştirakçılara 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq test tapşırıqları hər qrupda 3 imtahan fənni üzrə aşağıdakı kimi təqdim olunacaq:



Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və ya mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddət istifadə olunan və cavabları kodlaşdırıla bilən hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

İmtahanın müddəti 3 saatdır.

Sınaq imtahanına qeydiyyat 4 fevral saat 09:00-dək aparılacaq.

İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Şəki, Mingəçevir, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Şamaxı, İsmayıllı, İmişli, Füzuli, Sabirabad, Salyan, Kürdəmir, Şirvan, Xaçmaz, Lənkəran, Cəlilabad, Masallı şəhərlərində təşkil olunacaq.

Abituriyentlərə imtahanda topladıqları ballar 400 ballıq şkala üzrə təqdim olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 241