Bakıda BÖYÜK FƏLAKƏT baş verə bilərdi - 22 ton maye qaz daşıyan avtosistern aşıb

Bakıda BÖYÜK FƏLAKƏT baş verə bilərdi - 22 ton maye qaz daşıyan avtosistern aşıb


11:48     21 Yanvar 2019 2019/01/avtost_1548057054.jpg

Bakı şəhərinin Nizami rayonu ərazisində İran İslam Respublikasına məxsus, içərisində 22 ton maye qaz olan “Mercedes” markalı avtosistern aşıb.



Femida.az-ın FHN-ə istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən aidiyyəti dövlət qurumları məlumatlandırılıb, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) müvafiq qüvvələri, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin və Dövlət Neft Şirkətinin (SOCAR) mütəxəssisləri hadisə yerinə cəlb olunub.

DYMX-nin xilasetmə qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Sistern SOCAR-ın qaldırıcı kranı vasitəsilə götürülərək xüsusi təxliyyə avtomobilində, Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisinin müşayiəti ilə, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun ərazisinə daşınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 462