Bakıda 1 ay əvvəl təmir olunan yol çökdü - Foto


12:15     21 Yanvar 2019 19_01_21_1548058786.jpg


Bakıda yeni əsaslı təmirdən çıxan prospektdə yol çöküb.

Babək prospektinin "Monte Karlo" restoranı yaxınlığındakı hissəsində asfalt örtüyü təxminən 100 metr məsafədə çöküb və çuxur yaranıb.

Hazırda yol həmin hissədə maşınların hərəkəti üçün bağlanıb. Asfaltın həmin hissəsində üst örtüyü qaşınıb və bərkitmə işləri aparılıb. Bu gün axşam saatlarına kimi yolun istifadəyə verilməsi gözlənilir.

Qeyd edək ki, prospekt dekabrın 10-da sürücülərin istifadəsinə verilib. (qafqazinfo)





Femida.az

Açar sözlər: yol  

Oxunub: 591