Yeni dövlət lotereyası başlayır – ŞƏRTLƏR


12:28     21 Yanvar 2019 19_01_21_1548059336.jpg


Azərbaycan Mərkəzi Bankı ölkədə nağdsız ödənişərin inkişafı üçün fevral ayından yeni lotereyaya başlayır.

Femida.az xəbər verir ki, şərtlərə görə, "Kartla ödə, kartla qazan" lotereyasında hər 5 manat və ondan yuxarı ödəniş bir şans verir.

Bu yalnız kartla posterminallarda aparılan ödənişlərə aiddir.

Lotereyada uduş standart məbləğdir. Kartın sahibinin şesabına 50 manat ödəniləcək. Tiraj ayda bir dəfə keçiriləcək və hər tirajda 600 nəfər udacaq.

Lotereya bütün ölkə ərazisində keçiriləcək və burada bütün bank kartlarının sahibləri iştirak edə biləcək.

Femida.az

Açar sözlər: #lotoreya  

Oxunub: 587