Kirayəşin ev sahibini döydü


13:33     21 Yanvar 2019 dava_014.jpg

Binəqədi RPİ 6-cı PB və Salyan RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 17-də Bakı şəhər sakini Arif Məmmədova Biləcəri qəsəbəsindəki evində küt alətlə xəsarət yetirməkdə şübhəli bilinən, orada kirayəşin olan Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Yahyayev saxlanılıb.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən xəbərə görə, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə olan marixuana da aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 478