İnam Kərimov Xaçmaza gedir


14:22     21 Yanvar 2019 19_01_21_1548066227.jpg

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov 25 yanvar 2019-cu il tarixdə, saat 11:00-da Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının sakinləri ilə görüşəcək.
Nazirlikdən Femida.az -a verilən xəbərə görə, görüşdə iştirak etmək istəyənlər Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-524-84-15) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Açar sözlər:

Oxunub: 491