İnternetə qadağa qoymaqla səhv etmişik - İran prezidenti

"İnternetə qadağa qoymaqla səhv etmişik" - İran prezidenti


14:23     21 Yanvar 2019 1415798182_teleqraf.com1415797067ruhani7.jpg


“Xalqın ümumi tələblərinə qarşı mübarizə aparmaq nə doğru, nə hüquqi, nə də qanunidir”.


Bunu Prezident Həsən Ruhani Terhranda ölkənin rabitə və informasiya texnologiyaları naziri Məhəmmədcavad Azəri Cəhromi və nazirliyin əməkdaşları ilə keçirdiyi toplantıda bildirib.

O, ölkədə internetə məhdudiyyət qoymaqla səhvə yol verdiklərini etiraf edib: “Göydən bizə səlahiyyət verildiyini və buna görə də yerüzündəkilər haqqında əmrlər verəcəyimizi zənn edirik, ancaq belə bir nəsnə yoxdur. Allah belə peyğəmbərinə sadəcə olaraq xalqa mesajları ötürməsini əmr etdi. Seçki isə xalqa aiddir.

Yeni texnologiyalarda təhlükələr də var, amma bu texologiyalar xalqın həyatından çıxarılmayacaq. Cəmiyyətin iradəsinə qarşı savaşa bilmərik. Texnologiya və innovasiyalara qarşı müqavimət göstərmək mürtəcelikdir. İnternetə mane olmaqla səhv etmişik. Bir təlimatla hər şeyi qadağan edə biləcəyimizi düşünürdük. Ancaq insanlar süzgəci qıran proqramlarla bu maneəni dəf etdi. Tətbiq edilən qadağalar isə uğrusuz oldu”.

Hicab və başörütsü məsləsinə işarə edən H. Ruhani deyib: “Biz hicab məsələsini ilk olaraq, qadınlara tətbiq edirik. Ancaq "Qurnai-Kərim"də bu məsələ kişilərlə başlayır. Onların gözü ilə baxışına istinad edilir”. / Report

Femida.az

Açar sözlər: İran   internet  

Oxunub: 237