Məhkəmə qərar verdi: Qayınatasının dəfninə getməyən gəlin 12 min cərimə olundu


14:40     21 Yanvar 2019 2019/01/images-(21)_1548067282.jpg

Türkiyədə məhkəmənin çıxardığı qərar ölkədə müzakirə obyektinə çevrilib.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gaziantəpə məhkəməsi qayınatasının dəfn mərasiminə qatılmayan gəlini 12 min lirə cərimə edib.

Məlumata görə, Aslı adlı qadın məhkəməyə müraciət edərək əri Əlidən ayrılmaq istədiyini bildirib .O,ərinin ailəsinə baxmadığını və maddi ehtiyaclarını ödəmədiyi üçün boşanmaq istədiyini ərizədə qeyd edib. Qarşı tərəfin qaldırdığı iddia isə qadına sürpriz anlar yaşadıb. Əli məhkəmədə qaldırdığı iddiada arvadının onu ən çətin vaxtında tək qoyduğunu və anasının evinə getdiyini əsas gətirərək nikah anlaşmasını pozduğunu bildirib.

Məhkəmə qadının evlilik tələblərini pozduğunu və ailənin qadının səhvləri səbəbindən dağıldığı qərarına gəlib. Sonda çıxarılan qərara əsasən qadın ərinə 5 min lirə maddi, 7 min lirə isə mənəvi ziyana görə təzminat ödəməlidir.




Miri Məcidli
Femida.az

Açar sözlər: #məhkəmə   #Türkiyə   #hakim  

Oxunub: 813