Dünya liderləri 10 ildə necə dəyişdi? - FOTOLAR


15:46     21 Yanvar 2019 2019/01/808x748_cmsv2_d33a2fe1-1308-59b7-9bbd-29cc95683621-3593408_1548071205.jpg


Sosial şəbəkələrdə son günlərin trendi 10 il əvvəlki fotolarla indiki fotoları müqayisə etməkdir. İllər dünya ölkələrinin liderlərinə də təsirsiz ötüşməyib. Femida.az dünya ölkələrinin liderlərinin 10 il öncəki və bu günkü şəkillərini müqayisəli formada təqdim edir. Birinci fotolar 2009, ikinci fotolar isə 2019-cu ilə aiddir.



Vladimr Putin - Rusiya
2019-cu ildə Rusiya prezidenti Vladimir Putinin 57 yaşı var idi və Rusiyanın baş naziri postunda əyləşmişdi.



Rəcəb Tayyib Ərdoğan - Türkiyə
Türkiyə Prezidenti Rəcəb Tayyib ƏRdoğan 2009-cu ildə ölkənin baş naziri idi. Məhz həmin il Davosda keçirilən Beynəlxalq İqtisadi Forumda İsrail prezidenti Simon Peresə qarşı sərt çıxışı ilə dünyada daha da məhşurlaşdı.



Donald Tramp - ABŞ
Bu il 73 yaşını tamamlayacaq ABŞ prezidenti Donald Trump, 10 il əvvəl Respublikaçılar Partiyasını təmsil edən qırmızı saçlı bir iş adamı idi.



Angela Merkel - Almaniya
Hazırda 64 yaşı olan Almaniya Kansleri angela Merkel 2009-cu ildə ölkənin baş naziri idi.



Tereza Mey - Böyük Britaniya
Böyük Britaniyanın Baş naziri Tereza Mey 2009-cu ildə 52 yaşında idi və Əmək və İş Nazirliyi üzrə dövlət katibi idi. 2016-cı ildən bəri İngiltərənin baş naziridir.



Sebastyan Kürz - Avstriya
Dünyanın ən gənc liderləri olan Avstriya kansleri Sebastyan Kürzün 2009-cu ildə cəmi 22 yaşı var idi. O, həmin vaxt Avstriya Xalq Partiyasının gənclər şöbəsinə rəhbərlik etdi.



Mirsultan Nazarbayev - Qazaxıstan
Mirsultan Nazarbayev 29 ildir ki Qazaxıstanın prezidentidir. 2009-cu ildə 68 yaşı var idi.



İran prezidenti Həsən Ruhani 2009-cu ild İranın Qərblə nüvə proqramı ilə bağlı danışıqlarda iştirak edən əsas simalardan biri idi. Təhlükəsizlik Şurasının katibi və Məclisin vitse-spikeri işləyirdi. O, 2013-cü ildə İran İslam Respublikasının prezidenti seçilib.



Emmanuel Makron - Fransa

Fransalı siyasətçi 10 il əvvəl, yəni 31 yaşı olarkən özəl bir şirkətdə işləyirdi. Ona 9 milyard avroluq layihə həvalə olunmuş və bunun öhdəsindən layiqli şəkildə gəlmişdi. 2014-2016-cı illərdə İqtisadiyyat, sənaye və rəqəmsal işlər naziri olan Makron 2017-ci ildən ölkənin prezidentidir.



Amin Nəzərli

Femida.az

Açar sözlər: #prezident   #10yearschallange   #10il   #dünya   #prezident   #Putin   #Tramp   #Ərdoğan   #Ruhani   #Makron   #Merkel   #siyasət  

Oxunub: 2528