Mehman Hüseynov Prezidentdən kömək istədi
16:04 21 Yanvar 2019
Həbsdə olan bloqqer Mehman Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.
Femida.az-ın xəbərinə görə, yanvarın 20-də imzalanmış müraciətdə deyilir:
“Hörmətli cənab Prezident,
Mən - Mehman Hüseynov 2 ilə yaxındır cəza çəkirəm. Bu müddət ərzində cəzaçəkmə müəssəsinin əməkdaşları ilə aramda hər hansı xoşagəlməz hadisə olmayıb. Həmişə çalışmışam rejimə əməl edim. Lakin keçən il 26 dekabrda cəza çəkdiyim müəssisədə insident baş verdi və bu hadisəyə görə mən günahlandırılmışam. Hadisə barədə geniş yazıb vaxtınızı almaq istəməzdim. Sadəcə, onu demək istəyirəm ki, baş vermiş hadisədə mənim günahım yoxdur. Mən həbsxana əməkdaşını vurmamışam.
2 mart tarixində mənim cəzamın vaxtı bitir. Mən bu tarixi çox gözləmişəm. Təzədən məhkum olunmaq, yeni cəza almaq istəmirəm. Mən əvvəllər də dediyim kimi kiminsə hərəkətinə görə məsuliyyət daşımıram. Amma kiminsə mənim vəziyyətimdən özü üçün istifadə etməsini də istəmirəm. Məni yalnız bir şey maraqlandırır. Azadlığa çıxmaq. Mənə yeni cəza verilsə, bu, tək qalmış 70 yaşlı atam üçün də böyük zərbə olacaq. Onun üçün məni bu vəziyyətdə görmək, tez-tez gəlib mənə baş çəkmək çox çətindir.
Sizdən xahiş edirəm araşdırmanın düzgün araşdırılmasına göstəriş verəsiniz. Sizin müdaxiləniz olsa, əminəm ki, mənim işim üzrə qərar ədalətli olacaq”.
Femida.az
Oxunub: 938
Oxşar xəbərlər
- Elm və təhsil naziri: "İnstitutlarda çalışan alimlərin ixtisarından söhbət getmir"
- Ukrayna Rusiyanın itkilərinin sayını açıqlayıb
- DİN Bakıdakı aksiya ilə bağlı məlumat yaydı
- İstanbulun Baş prokuroru : "Dünya türkləri Şuşanın azad olunmasını təntənə ilə qeyd edirlər"
- Toylara görə daha 15 nəfər cərimələnib
- Azərbaycan Prezidenti: "Biz sülh müqaviləsini imzalamağa hazırıq"
- "Taliban" hökimətinin XİN rəhbəri Türkiyədə - YENİLƏNİB
- Bakıda ağır yol qəzası oldu
- 102 tələbəyə Prezident təqaüdü verildi - Sərəncam
- İmişlidə ölüm və xəsarətlə nəticələnən yol qəzası olub