Gürcüstan Azərbaycana 98 mln. dollarlıq siqaret satıb


16:30     21 Yanvar 2019 19_01_21_1548073854.jpg


Ötən il Gürcüstandan siqaretin təkrar ixracı illik müqayisədə 254% artaraq 149 mln. dollar təşkil edib.


Femida.az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

2018-ci ildə Gürcüstandan təkrar ixrac olunmuş siqaretlərin 65,7%-i Azərbaycanın payına düşüb. Azərbaycan qonşu ölkədən 98 mln. dollar dəyərində siqaret idxal edib.

Ötən il Gürcüstanın siqaret idxalı isə 82% artaraq 186 mln. dollar təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 389