Azərbaycanda yalnız bu şəxslərin xalqa müraciət etmək hüququ var - QANUN


16:57     21 Yanvar 2019 19_01_21_1548076079.jpg


Vaxtaşırı efirlərdə, sosial şəbəkələrdə, meydanlarda jurnalistlər, müğənnilər, qonaq qismində çağırılan şəxslər, xalqın adından çıxış edirlər. "Xalqın istəyi belədir ki...", "xalq tələb edir ki...", "xalq bunu görmək istəyir" və s. bu kimi ifadələr işlədirlər.

Femida.az xəbər verir ki, bu cür xalqın adından çıxış etmək, onun istıklərini bildirmək, təmsil etmək istənilən şəxsin hüququ deyil.

Azərbaycan Respublikasının Konstitusiyasının 4-cü maddəsinə görə, xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur.

Xalqı təmsil etmək və xalqın adından çıxış etmək prezidentə və xalq tərəfindən seçilmiş səlahiyyət verilən şəxslər edə bilər.

Femida.az

Açar sözlər: #xalq   #qanun   #hüquq   #konstitusiya  

Oxunub: 1913