Davos İqtisadi Forumu başladı

Davos İqtisadi Forumu başladı


17:32     21 Yanvar 2019 2019/01/fd51e980-b8f9-4197-ba42-3b6ebfed788f_1548077595.jpg


İsveçrənin Davos şəhərində illik Dünya İqtisadi Forumu işinə başlayıb.

Femida.az xəbər verir ki, forumun əsas mövzusu bu il "Qloballaşma 4.0: dördüncü sənaye inqilabı dövründə qlobal arxitekturanın formalaşması" olacaq.

Forumun əsas proqramı yanvarda 22-də başlayacaq.

Davos forumuna 110 ölkədən 3 mindən çox iştirakçı toplanacaq. Forumda 60-dan çox dövlət başçısının, o cümlədən Yaponiyanın Baş naziri Sindzo Abe, Almaniya Kansleri Angela Merkel, İtaliya Baş naziri Cüzeppe Konte, İspaniya Baş naziri Pedro Sançes, Əfqanıstan Prezidenti Əşrəf Qəni, İraq prezidenti Bərham Saleh və başqalarının iştirak edəcəyi gözlənilir.

ABŞ administrasiyasının nümayəndə heyəti şatdauna görə Davosa getməyəcək.

Tədbir iştirakçıları energetika, rəqəmsal iqtisadiyyat sahəsində strateji proqnozları müzakirə edəcək, qlobal maliyyə riskləri, qloballaşma, kriptovalyuta, inkişaf etməkdə olan bazarlar, kibertəhlükəsizlik, gələcək demokratiya və s. mövzularda müzakirələr aparacaqlar. Davosda həmçinin Yaxın Şərqdəki, o cümlədən Liviya və Suriyadakı vəziyyət barəsində fikir mübadiləsi aparılacaq.

Forum yanvarın 25-də başa çatacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 176