Suriyaya qayıdan qaçqınaların növbəti sayı açıqlandı


17:40     21 Yanvar 2019 2019/01/suriya-qacqin_1548078082.jpg

Son sutka ərzində Livan və İordaniya ərazisindən Suriyaya mindən artıq qaçqın qayıdıb.



Bu barədə Rusiyanın Suriyada Münaqişə Tərəflərini Barışdırma Mərkəzindən məlumat verilib.

“Son sutka ərzində Suriya Ərəb Respublikasına xarıci dövlətlər ərazisindən 1181 qaçqın geri dönüb. Bunlardan 407 nəfəri “Cəydəd Yəbus” və “Təl Kəlləh” sərhəd keçid məntəqəsini keçməklə Livandan, 774 nəfər isə “Nəsib” sərhəd keçid məntəqəsini keçməklə İordaniya ərazisindən qayıdıb”, - deyə məlumatda bildirilir.

Suriya ərazisində son sutka ərzində 228 vətəndaşın daimi yaşayış yerlərinə geri döndüyü qeyd edilir. Ümumilikdə 2018-ci ilin iyulun 18-dən bu günə kimi, Suriyaya 106715 nəfər geri dönüb.


Femida.az

Açar sözlər:

Oxunub: 371