Usta işlədiyi evdən 5700 dollar oğurladı


17:52     21 Yanvar 2019 1442470966_dollar4.jpg

Bakıda evdən külli miqdarda pul oğurlanıb.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən xəbərə görə, Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-də rayon ərazisindəki evlərin birindəki seyfdən 5700 ABŞ dolları oğurlamaqda şübhəli bilinən, həmin evdə usta işləmiş Bakı şəhər sakini Elnur Nağıyev saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 332