“WhatsApp”da hər kəsin gözlədiyi - YENİLİK


20:27     21 Yanvar 2019 19_01_21_1548088088.jpg

"WhatsApp" messenceri mesaj göndərmə funksiyasını məhdudlaşdırıb.

Femida.az AZƏRTAC-a istinadən bildirir ki, bunu kompaniyanın vitse-prezidenti Viktoriya Qrant deyib.

"Bu gündən etibarən bütün dünyada istifadəçilər məlumatı yalnız beş ünvana yönləndirə bilər", - deyə o bildirib.

Messencer nümayəndəsinin sözlərinə görə, bu, saxta informasiyaların yayılması ilə mübarizə aparmağa imkan verəcək. Əvvəlcə bu funksiya eksperiment qismində yalnız Hindistanda istifadə olunurdu. Belə ki, son iki ildə həmin ölkədə 40-dan çox insan barələrində saxta informasiya yayıldığı üçün qətlə yetirilmişdi.

Xatırladaq ki, əvvəllər "WhatsApp" messenceri ilə mesajı 20 ünvana yönləndirmək mümkün idi.

Açar sözlər:

Oxunub: 711