Hesablama Palatası auditin nəticələrini açıqladı


20:58     21 Yanvar 2019 19_01_21_1548089173.jpg

Hesablama Palatası Mədəniyyət Nazirliyinin Ağcabədi Regional İdarəsi üzrə 2017-2018-ci illərdə büdcə vəsaitlərinin icrasının vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələrini açıqlaylb.

Femida.az bildirir ki, Palatadan Trend-ə verilən məlumata görə, audit 2017-2018-ci illər üzrə 13563,4 min manat vəsaiti əhatə edib.

Mədəniyyət və Turizm Nazirliyinin bazasında Mədəniyyət Nazirliyinin yaradılması ilə əlaqədar Regional İdarənin Əsasnaməsində müvafiq dəyişiklik edilməmiş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 30 iyun 1993-cü il tarixdə təsdiq etdiyi "7 (8) illik uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin inzibati və xidmətedici heyətinin nümunəvi ştatı"nın tələblərinə əməl edilməyərək artıq ştat vahidləri saxlanılıb.

Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli "Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların)" məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında" Qərarının tələblərinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı ilə təsdiq edilmiş "Mədəni-maarif, turizm müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"nın tələblərinə əməl edilməyərək artıq əmək haqqı ödənilib. Bununla yanaşı, "Uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri üzrə tədris planları"nın tələblərinə əməl edilməyərək artıq dərs saatları tarifləşdirilib, keçirilməyən dərslərə, sanatoriyada və xaricdə olan işcilərə əmək haqqı ödənilib, yerinə yetirilməyən cari təmir işlərinə görə vəsait ödənilib, "Azərbaycan Respublikası vahid büdcə təsnifatı"nın tələblərinə bir sıra hallarda əməl edilməyərək təyinatdankənar vəsait xərc edilib.

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun, "Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat"ın tələblərinə riayət edilməyərək məbləğ məhdudiyyətinin aradan qaldırılması məqsədilə vəsait ayrı-ayrı müqavilələrə bölünüb, satınalma kecirilmədən vəsait xərc edilib, satınalma prosedurları haqqında məlumatların göstərildiyi hesabat tərtib edilməmiş, ehtimal olunan qiymətlər düzgün müəyyənləşdirilmədiyindən alınmış mallara (işlərə və xidmətlərə) görə artıq xərcə, müəssisənin funksional fəliyyətinə uyğun olmayan mallar alınmaqla səmərəsiz xərcə yol verilmiş, müqavilə şərtlərinə əməl olunmayaraq müqavilədə nəzərdə tutulmayan mal-material qiymətlilərinin alışı həyata keçirilib.

Açar sözlər:

Oxunub: 497