Mərakeşdə qırıcı təyyarə qəzaya uğrayıb


23:25     21 Yanvar 2019 qiricis.PNG

Mərakeşdə qırıcı təyyarə qəzaya uğrayıb.

Bu barədə ölkə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Hadisə ölkənin şimal bölgəsində təlim uçuşu zamanı qeydə alınıb.

Belə ki, “Mirage F1” tipli qırıcı təyyarə texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Hadisə zamanı zərərçəkən olmayıb, pilot da təyyarəni vaxtında tərk edə bilib.

Femida.az

Açar sözlər:

Oxunub: 347