Goranboyda ağır qəza, ölən var


09:11     22 Yanvar 2019 2019/01/2406944B-CA44-402E-BADC-78A5528DE77F_1548133952.jpeg

Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Goranboy rayonun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində olub.

Yük maşınının idarəetmədən çıxaraq qəzaya uğraması nəticəsində sürücü ağır xəsarət alıb. Şəxsiyyəti məlum olmayan sürücü ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılsa da, onun keçindiyi məlum olub.

Femida.az

Açar sözlər:

Oxunub: 335