Ərdoğan Rusiyaya gedəcək


09:23     22 Yanvar 2019 erdogan6.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Rusiyaya səfər edəcək.
Femida.az xəbər verir ki, səfər zamanı Ərdoğan Rusiya lideri Vladimir Putinlə görüşəcək.

Həmçinin, iki ölkənin nazirləri və rəsmilərinin iştirakı ilə heyətlərarası görüş keçiriləcək. Görüşdə Rusiya ilə Türkiyə arasında ikitərəfli münasibətlərlə yanaşı, Suriya böhranı, eləcə də bəzi regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 319