Naxçıvan əhalisinin sayı açıqlandı


10:13     22 Yanvar 2019 naxcivan.jpg

Naxçıvan Muxtar Respublikası əhalisinin sayı bir il öncəyə nisbətdə 3,4 min nəfər artaraq 1 dekabr 2018-ci il tarixə 456 minə yaxın olub.

Femida.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2018-ci ildə pensiya və müavinətlərin ödənilməsinə 139 milyon 247 min manatdan çox vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 6,3 faiz çoxdur.

Femida.az

Açar sözlər:

Oxunub: 390