Mehman Hüseynov barəsində cinayət işinə xitam verildi
10:48 22 Yanvar 2019
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən insan hüquq və azadlıqlarına daim xüsusi önəm verilərək bu istiqamətdə ardıcıl və məqsədyönlü islahatlar aparılır.
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən Femida.az-a verilən xəbərdə deyilir ki, bir qrup hüquq müdafiəçisi, eləcə də Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Mehman Hüseynov onun barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi üçün dövlət başçısına müraciət edib.
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman olduğu kimi ədalət və humanizm prinsiplərini önə çəkərək həmin müraciətləri nəzərə alıb və cinayət işi üzrə araşdırmanın obyektiv aparılması, ədalətli və humanist qərar qəbul olunması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Respublikasının Baş prokuroruna tövsiyə edib.
Azərbaycan Respublikasının Prezidentinin tövsiyələrinə uyğun olaraq Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən istintaq orqanına M.Hüseynovun barəsində hazırda istintaq olunan cinayət işi üzrə müvafiq tapşırıqlar verilib.
İstintaq orqanı tərəfindən M.Hüseynovun gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib.
M.Hüseynov hazırda hər hansı aclıq aksiyası keçirmir, saxlanma şəraiti normal olmaqla, bununla bağlı şikayət və tələbi yoxdur.
Azərbaycan Respublikasının Baş Prokurorluğu şəxsi mənafe və siyasi məqsədləri naminə M.Hüseynovun ətrafında süni ajiotaj yaratmağa cəhd edənlərə, eyni zamanda M.Hüseynov haqqında həqiqətə uyğun olmayan məlumatlar yayan kütləvi informasiya vasitələrinin redaksiyalarına xəbərdarlıq edərək bildirir ki, ölkəmizdə bərqərar olmuş sabitliyin və əmin-amanlığın pozulmasına yönələn istənilən qanunazidd hərəkətlərin qarşısı qanunun aliliyi təmin edilməklə qətiyyətlə alınacaq".
Femida.az
Oxunub: 1688
Oxşar xəbərlər
- Şuşada Mehmandarovların malikanə kompleksi bərpa olunur
- Azərbaycanda mehmanxanaların gəlirləri açıqlanıb
- Mehmanxanalarda qaydaların kobud şəkildə pozulması faktları aşkarlanıb
- Azərbaycanda mehmanxanalar üçün ulduzlaşma məcburi olacaq
- Eldar Sultanov: "Mehman Hüseynovun Fərəc Quliyevlə bağlı müraciəti MSK-a göndərilib"
- Azərbaycana gələn turistlərin əksəriyyəti Bakı mehmanxanalarına yerləşdirilib
- “Antalya Mehman” azadlığa çıxıb
- DİN: Mehman Hüseynovun polis tərəfindən döyülməsi barədə iddialar tamamilə əsassızdır
- MSK Mehman Hüseynovun müraciətinə münasibət bildirib
- Əli İnsanovun qardaşı oğlundan şok dələduzluq: Türkiyə vətəndaşını Bakıya iş adı ilə gətirib pullarını aldı (FOTOLAR+VİDEO)