Evi qəsdən yandıran şəxslər saxlanılıb
11:23 22 Yanvar 2019
Yanvarın 20-də Maştağa qəsəbəsindəki evlərin birinin yandırılması barədə Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə müraciət daxil olub.
DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və həmin gün saat 20 radələrində evin qəsdən yandırıldığı müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi başlanılıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Maştağa qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar Həsənağa Ələkbərov və onun qardaşı Cəlalət, qəsəbə sakini Hüseyn Novruzov və Şüvəlan qəsəbə sakini Zaur İsayev müəyyən edilərək saxlanılıblar. Şəxsi axtarış zamanı H.Ələkbərovdan kustar üsulla hazırlanmış bıçaq aşkar edilərək götürülüb. İstintaq və əməliyyat tədbirləri aparılır.
Femida.az
Oxunub: 321
Oxşar xəbərlər
- Evi tərk edən koronavirus xəstəsinə cinayət işi açıldı
- Evində toy edənlərə cəza kəsdilər - FOTO
- Evində 85 nəfərlik toy edən şəxs cərimələnib
- Evi tərk edən koronaviruslu şəxslərə bu halda cinayət işi açmaq olmaz - Vəkildən ŞƏRH
- Evini tərk edən daha 4 koronavirus xəstəsinə cinayət işi başlandı
- Evi tərk edən 29 aktiv koronavirus xəstəsi müəyyən edilərək saxlanılıb
- Evini qanunsuz tərk edən koronavirus xəstəsinə cinayət işi açıldı - VİDEO
- Evinin həyətindən 8 kilodan çox narkotik bitki tapıldı - FOTO
- Evini satanlar üçün vergilər yeni qaydada hesablanacaq
- Evini sığorta etdirməyənləri 30 manat cərimə gözləyir - DİQQƏT!