Alimentə görə qayınatasını qətlə yetirən şəxsə 18 il həbs cəzası


11:31     22 Yanvar 2019 2018/08/cinayet-hebs-genc-696x522_1534489882.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qayınatasını qətlə yetirməkdə təqsirləndirilən Samir Şabanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Femida.az report-a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Şabanov ötən il aprelin 21-də Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini, keçmiş qayınatası Hətəm Şabanovu küt alətlə qətlə yetirib. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Samir Şabanov saxlanılıb.

Samir Şabanov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O deyib ki, hadisədən əvvəl həyat yoldaşı ilə boşanıb və alimentə görə aralarında mübahisələr olub: "6 min manat aliment pulu ödəməli idim. Ödəmədiyim üçün onlar şikayət etdilər. Məni icradan çağırdılar. Həmin vaxt mərhum da orada idi. Bu məsələyə görə aramızda mübahisə oldu. Həmin gün axşam onu qətlə yetirdim".

Femida.az

Açar sözlər:

Oxunub: 571