Qusarda yol qəzası olub, ölən və yaralananlar var


12:40     22 Yanvar 2019 qeza_yeni.jpg

Qusar rayonunda yol qəzası baş verib.


Femida.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, yanvarın 21-də saat 19 radələrində Qusar şəhəri ərazisində İmamqulukənd kənd sakinləri - Elşad Aslanxanovun və Azad Şıxqayıbovun idarə etdikləri “Hyundai” və “VAZ-21154” markalı avtomobillər toqquşub. Sonradan E.Aslanxanov idarəetməni itirdiyindən yaxınlıqda olan şəhər sakinləri Samir Salmanovu, İdris Seyfullayevi və Kamran Sədiyevi vurub. Nəticədə S.Salmanov hadisə yerində ölüb, digər 2 piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 884