Əmək Müfəttişliyi müdaxilə etdi - Gecikdirilmiş maaşlar ödənildi
12:57 22 Yanvar 2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaş müraciətlərinə əsasən apardığı araşdırmalar zamanı 2018-ci ildə işəgötürənlər tərəfindən işçilərə əmək haqqı və sosial xarakterli digər ödənişlərdən ibarət 149 667 manat (2017-ci illə müqayisədə 44,8 faiz çox) məbləğində vəsaitin ödənişinin gecikdirildiyini müəyyən edib.
Femida.az xəbər verir ki, müvafiq tədbirlər görülməklə həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.
Ötən il əmək müqavilələrinin sayı 91,3 min artıb. Əmək qanunvericiliyinin tələblərinin pozulması faktlarına görə əvvəlki illə müqayisədə 3 dəfə çox olmaqla 1,3 mln. manat cərimə tətbiq edilib. İstehsalatda bədbəxt hadisələr nəticəsində həyatını itirənlərin sayı isə 13 faiz azalıb.
Dövlət Əməyin Mühafizəsi Fondunun Əsasnamə layihəsi, Əmək Məcəlləsinə dəyişikliklər layihəsi hazırlanıb, əmək hüquqlarının təminatına dövlət nəzarətinin tətbiqi mexanizminin, e-protokol layihəsinin hazırlanmasına başlanıb.
Femida.az
Oxunub: 426
Oxşar xəbərlər
- Artıq ödənilmiş əmək pensiyasının pensiyaçıdan tutulacağı hallar müəyyənləşir
- Baş Prokurorluq: "FHN əməkdaşlarının intim videolarının yayılması ilə bağlı araşdırmalara başlanılıb"
- Latviya Rusiya ilə iqtisadi əməkdaşlıq haqqında sazişi dayandırıb
- Qadın əməkdaş Baş Prokurorluqda yüksək vəzifəyə təyin edilib
- Əməkdar mədəniyyət işçisi vəfat edib
- Əməkdar jurnalist Mais Məmmədov reanimasiyaya yerləşdirilib
- Sumqayıtda sabiq polis əməkdaşı intihar edib
- Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı təltif edilib - SİYAHI
- Azərbaycan Prezidenti Rusiya ilə əməkdaşlığın genişlənməsindən məmnun olduğunu bildirib
- Türkiyə və Azərbaycan kənd təsərrüfatı sahəsində əməkdaşlıq sazişi imzalayacaq