Tural Gəncəliyev Aİ rəsmiləri ilə görüşüb
13:20 22 Yanvar 2019
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas və nümayəndəliyin siyasi məsləhətçisi Yohanna Ketola ilə görüş keçirib.
Femida.az xəbər verir ki, bu barədə Tural Gəncəliyev özü məlumat yayıb.
"Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının məqsəd və məramını həmsöhbətlərin diqqətinə çatdırdım. Azərbaycanlıların öz tarixi və doğma torpaqlarına qayıtdıqdan sonra erməni icması ilə birlikdə sülh şəraitində yaşamaqda maraqlı tərəf olduğunu avropalı diplomatlara çatdırdım" -, deyə o, qeyd edib.
Femida.az
Oxunub: 437
Oxşar xəbərlər
- Tural Gəncəliyev Qarabağ ermənilərinə: "Hüquqlarınız təmin ediləcək"
- Tural Gəncəliyev Qarabağda yaşayan ermənilərə müraciət etdi
- Tural Gəncəliyev kanadalı deputatın “təbrik məktubu”na etiraz etdi
- Tural Gəncəliyev isveçli diplomatlara işğaldan danışdı
- Tural Gəncəliyev Kasprşiklə görüşüb
- Tural Gəncəliyev Ermənistan Xarici İşlər Nazirliyinə cavab verib
- Tural Gəncəliyev XİN-dəki vəzifəsinin icrasını dayandırıb
- Tural Gəncəliyev Türkiyəyə gedib
- Tural Gəncəliyev ABŞ-da erməni işğalından danışıb
- Tural Gəncəliyev Dağlıq Qarabağın erməni icmasına müraciət edib