Ticarət mərkəzində gecələyən qadına dövlət sahib çıxdı


13:21     22 Yanvar 2019 2019/01/50529-1548148762_1548149012.jpg

1952-ci il təvəllüdlü Abasova Zivər Teymur qızının daimi yaşayış yeri olmadığı üçün paytaxtdakı ticarət mərkəzlərindən birində gecələdiyi barədə nazirliyə daxil olan məlumatla əlaqədar müvafiq tədbir görülüb.


Bu barədə Femida.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib.

ƏƏSMN-nin rəsmisi qeyd edib ki, dünən axşam saatlarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Z.Abasovanı gecələdiyi yerdən götürərək Sosial Sığınacağa gətiriblər.

"O, burada geyim, qida və sosial-məişət xidmətləri ilə tam təmin olunur. Bundan sonra Z.Abasova həmişəlik dövlətin himayəsi altında yaşayacaq"-, deyə F.Talıblı vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 565