Məhbusların aclıq aksiyası keçirməsi xəbərinə — Rəsmi reaksiya


13:27     22 Yanvar 2019 pentensionar_xidmet_240614.jpg

Penitensiar xidmət bəzi kütləvi informasiya vasitələrində bir neçə məhbusun aclıq aksiyası keçirməsi barədə yayılan məlumatlara münasibət bildirib.



Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov “Report”a cavabında bildirib ki, hazırda qurumun tabeçiliyində olan istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində heç bir məhkum və həbs edilmiş şəxs aclıq aksiyası keçirmir.

“Bunlar yanlış məlumatlardır və ictimai fikri çaşdırmağa yönəlib”, - deyə, M.Sadıqov əlavə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 489