Ərdoğandan sonra Paşinyan da Rusiyaya səfər edəcək
14:08 22 Yanvar 2019

Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 25-də Rusiyaya səfər edəcək.
Femida.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, Avrasiya İqtisadi İttifaqının Moskvadakı mənzil-qərargahında çıxış edəcək.
Həmin tarixdə quruma sədrlik növbəsi Ermənistana keçəcək.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da sabah Rusiyaya səfər edəcək.
Femida.az
Oxunub: 206