İmişlidə icazəsiz ov edən ərəblər cərimələnib


15:06     22 Yanvar 2019 qanunsuz%20ovcu.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən İmişli rayonunun Xəlfəli kəndinin yaxınlığında icazəsiz ov edən əcnəbi vətəndaşlar saxlanılıb.



Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, brakonyerlərin Birləşmiş Ərəb Əmirliyi vətəndaşları Suhail Ali Obaid Dhaher Almuharrami və Mubarak Mohammed Salem Balmur Alameri olduğu müəyyən edilib.

Faktla bağlı akt, protokol tərtib olunub və onlara ümumilikdə 4330 manat məbləğində cərimə tətbiq edilib. Onlardan adı “Qırmızı Kitabı”na düşən bəzgək quşları götürülərək təbiətə buraxılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 408