Göyçayda iki avtomobil toqquşdu, ölən və xəsarət alanlar var

Göyçayda iki avtomobil toqquşdu, ölən və xəsarət alanlar var


16:03     22 Yanvar 2019 big_1405422456_qeza.jpg

Göyçay rayonunun Şahsoltanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


DİN-dən Femida.az-a verilən məlumata görə, yanvarın 21-də saat 9 radələrində Göyçay rayonunun Şahsoltanlı kəndi ərazisində Potu kənd sakini Qnyaz Məmmədovun idarə etdiyi “Ford Transit” və Ağsu rayon sakini Bünyad Qaçayevin idarə etdiyi “VAZ-21063” markalı avtomobillər toqquşub. Nəticədə B.Qaçayevin sərnişini, Ağsu rayon sakini Mehman Cavadov hadisə yerində ölüb, sürücü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 157