Britaniya döyüş təyyarələrini İraq və Suriyadan çıxarır

Britaniya döyüş təyyarələrini İraq və Suriyadan çıxarır


18:59     22 Yanvar 2019 2019/01/723541_1548160243.jpg

Britaniya Hərbi Hava Qüvvələrinə aid "RAF Typhoon" tipli 8 döyüş təyyarəsini 2019-cu ilin fevarı ayından İraq və Suriyadan çıxarmağa başlayacaq.


Femida.az report-a istinadən xəbər verir ki, bu məlumatı "Daily Mail" yayıb.

Bildirilib ki, "RAF Typhoon" tipli 6 döyüş təyyarəsi və 10-a qədər "Reaper" Pilotsuz Uçan Aparat Orta Şərqdə saxlanılacaq.

Məlumata görə, döyüş təyyarələri bölgədən çıxarılsa da, Britaniya Suriyadakı rejimə qarşı mübarizə zəifləmədən davam etdirəcək.

Qeyd edək ki, 2018-ci il dekabrın 19-da ABŞ Prezidenti Donald Tramp Suriyadakı hərbçilərinin çıxarılması barədə sərəncam imzalayıb.

Açar sözlər:

Oxunub: 155