Bu ölkədə ictimai nəqliyyat pulsuz olacaq


18:03     22 Yanvar 2019 19_01_22_1548160424.jpg


Lüksemburqda 2020-ci il martın 1-dən etibarən bütün ictimai nəqliyyat vasitələri ödənişsiz olacaq.


Bu barədə Lüksemburqun nəqliyyat naziri Fransua Bauş bəyan edib. Onun sözlərinə görə, 2020-ci ilin 1 martından başlayaraq ölkə əhalisi üçün avtobus, tramvay və şəhərətrafı elektrik qatarlarından istifadə pulsuz olacaq.

“Bu, hərtərəfli nəqliyyat strategiyası tortunun üzərindəki gilasdır”, - deyə nazir maraqlı açıqlama verib. Həmçinin vurğulayıb ki, yalnız şəhərətrafı qatarların birinci sinif vaqonlarında gediş ödənişli olaraq qalacaq.

Femida.az azvision.az-a istinadən bildirir ki, ictimai nəqliyyat vasitələrinin əhaliyə ödənişsiz rejimdə xidmət göstərməsi üçün Lüksemburq hökuməti hər il büdcədən 41 milyon avro ayıracaq. Ekspertlərə görə, hazırda cəmi 602 min əhalisi olan (Bunun da 48 faizi əcnəbilərdir) Lüksemburq kimi ölkələrdə ictimai nəqliyyatın pulsuz olması hansısa böyük iqtisadi çətinliklər yaratmır. Lakin çoxmilyonlu əhaliyə sahib ölkələrdə bu kimi təşəbbüslər ictimai nəqliyyatda sıxlıq, nəqliyyat vasitəsi çatışmazlığı və büdcədən böyük xərclər kimi problem yarada bilər.

Femida.az

Açar sözlər: #avtobus   #metro   #nəqliyyat  

Oxunub: 443