İsveçrə və Azərbaycan fotoqraflarının sərgisi açılacaq

İsveçrə və Azərbaycan fotoqraflarının sərgisi açılacaq


17:55     22 Yanvar 2019 2019/01/senet-merkezi_1548161294.jpg

Yanvarın 23-də Müasir İncəsənət Muzeyində isveçrəli fotoqraf Sedrik Kristofer Merklinin “Yustistalda pendir bölüşdürülməsi” və azərbaycanlı fotoqraf Elmar Mustafazadənin “Sənətkarlıq ustaları” adlı fotosərgisi açılacaq.


Femida.az xəbər verir ki, sərgi İsveçrənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə reallaşacaq.

Merklinin fotoları İsveçrə Alpında fermerlərə məxsus qədim ənənəyə həsr edilib. “Çastaylet” adlanan 300 illik bu ənənə Yustistalda hər payız bayram edilir.

Mustafayevin fotoları isə Azərbaycanda qədim və ənənəvi sənətkarlığı əks etdirir. Bu fotolar sənətkarlığa və qədim Azərbaycan incəsənətinin təbliğinə həsr olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 184