Dəmir yolu ilə 2,7 milyondan çox sərnişin daşınıb

Dəmir yolu ilə 2,7 milyondan çox sərnişin daşınıb


17:51     22 Yanvar 2019 demiryolu-qatar.jpg

2018-ci ildə dəmir yolu nəqliyyatı ilə 2 milyon 785,4 min sərnişin daşınıb.


Dövlət Statistika Komitəsindən Femida.az-a bildirilib ki, 2017-ci illə müqayisədə sərnişin daşınmasında 11,8 faiz artım müşahidə olunub. Həmçinin dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 338 vaqon yüklənib, 411 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 12,7 min ton, qərb istiqaməti üzrə 5,4 min ton, cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 187