Mədəniyyət Nazirliyində kadr DƏYİŞİKLİYİ
17:04 22 Yanvar 2019
Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrində yeni təyinatlar olub.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, nazirliyin Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Tahir Əliyev öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.
Mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev bu vəzifədən azad edilərək Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilib.
Nazirin digər əmri ilə Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəis müavini Vüqar Qədirov Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi təyin olunub.
"Ölkədə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, o cümlədən regionlarda mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsi, mədəniyyət müəssisələrinin işinin yaxşılaşdırılması, regional mədəniyyət idarələrinin fəaliyyətinin dövrün tələbələrinə uyğun təşkili məqsədilə kadr islahatları davam etdiriləcək", - deyə, nazirliyin məlumatında bildirilib..
Femida.az
Oxunub: 749
Oxşar xəbərlər
- Mədəniyyət naziri Kəlbəcərə nümayəndə təyin edib
- Mədəniyyət Nazirliyi Rasim Əliyevin vəfatı ilə bağlı nekroloq yayıb
- Mədəniyyət Nazirliyi fəxri adların verilməsi ilə bağlı narazılıqlara münasibət bildirib
- Mədəniyyət üzrə Türkiyə-Azərbaycan İşçi Qrupu yaradılacaq
- Mədəniyyət naziri David Zalkaliani ilə görüşüb
- Mədəniyyət naziri azad edilən ərazilərdə həyata keçirilən işlərdən danışıb
- Mədəniyyət naziri koronavirusa yoluxub
- Mədəniyyət Nazirliyi Rəmişin vəfatı ilə bağlı nekroloq yayıb
- Mədəniyyət naziri Türkiyədə səfərdədir
- Mədəniyyət naziri ilə televiziya kanalları rəhbərləri arasında görüş keçirilib