“Nəsimi İli” ilə bağlı bir sıra tədbirlər keçiriləcək

“Nəsimi İli” ilə bağlı bir sıra tədbirlər keçiriləcək


17:40     22 Yanvar 2019 2019/01/nesimi-2_1548063699.jpg

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2019-cu il görkəmli Azərbaycan şairi və mütəfəkkiri, Azərbaycan dilininvə ədəbiyyatının inkişafındamüstəsna xidmətləri olan“Nəsimi İli” elan olunub. Bu il, həmçinin dahi mütəfəkkirin 650 illik yubileyi qeyd olunur. Dövlətimiz tərəfindən “Nəsimi İli”nin elan edilməsi ədibə verilən dəyərin, hörmət və ehtiramın ən yüksək göstəricisidir. Bu Sərəncam, həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin sözə, sənətkara, yaradıcılığa, ədəbiyyata və ümumilkdə, Azərbaycan mədəniyyətinə verdiyi misilsiz dəyərin ifadəsidir.


Femida.az xəbər verir ki, sərəncamda qeyd olunduğu kimi, Azərbaycan xalqının çoxəsrlik ənənələrinə malik bədii və fəlsəfi fikir tarixində dərin iz buraxmış mütəfəkkir-şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir.

Qeyd edilməlidir ki, Nəsimi yaradıcılığının ölkəmizdə sistemli tədqiqi və təbliği ümmummilli lider Heydər Əliyevin təşəbbüsü ilə şairin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Dahi Azərbaycan mütəfəkkirinin 600 illiyinin UNESCO-nun görkəmli şəxsiyyətlərin və əlаmətdаr hadisələrin yubileyləri siyahısına daxil edilməsi Azərbaycan mədəniyyətinin təbliği, Nəsiminin dünyaya tanıdılıması baxımından böyük rola malik olub. Həmin dövrdən etibarən,İmadəddin Nəsiminin yaradıcılığı ilə bağlı çoxsaylı araşdırma aparılıb.

İslam irfan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biri olan Nəsimi poeziyada fəlsəfi fikrin təməlini qoyanlardan biridir. Azərbaycan poetik dilinin inkişafına böyük təsiri olanNəsimi yaradıcılığında sufizm və multikultural mahiyyət xüsusi nəzərə çarpır. Mütəfəkkirin bədii yaradıcılığının tədqiqi Azərbaycan dilinin və şeirinin, ümumiyyətlə, irfan ədəbiyyatının tarixi inkişafının öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Aİİ rektoru C.Məmmədov bildirib ki, İnstitut yarandığı gündən öz fəaliyyətində milli-mənəvi dəyərlərimizin təbliğinə, tələbələrdə vətənpərvərlik ruhunun, vətənə sevginin və ona bağlılığın gücləndirilməsinə, tanınmış Azərbaycan mütəfəkkirlərinin həyat və yaradıcılığının öyrənilməsinə xüsusi önəm verir.

Femida.az

Açar sözlər:

Oxunub: 295