Bakıda bəzi küçələrdə parklanmalara icazə veriləcək – Bir neçə saat


17:04     22 Yanvar 2019 19_01_22_1548162311.jpg


Bakıda bəzi küçələrdə parklanmalara icazə veriləcək.

Femida.az-ın Trend-ə istinadən məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Vüsal Kərimli deyib.

Femida.az

V.Kərimlinin sözlərinə görə, bu məsələ ilə bağlı araşdırmalar aparılır:

"Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir. Yerlərdəki vəziyyət müəyyənləşdirilir. Araşdırmalar başa çatandan sonra bu barədə müvafiq qərar veriləcək. Yəni, həmin ərazilərdə tıxac yaratmamaq şərti ilə yolun kənarında bir cərgə avtomobillərin saxlanmasına saatla icazə veriləcək. Yəni axşam saat 19:00-dan səhər saat 07:00-a kimi parklanmaya icazə veriləcək. 07:01-dən etibarən isə artıq həmin ərazilərdə parklanan avtomobillərə cərimə yazılacaq".

Femida.az

Açar sözlər:

Oxunub: 354