İndoneziyada vulkan püskürdü


17:20     22 Yanvar 2019 vulkan15.jpg

İndoneziyanın Bali adasında Aqunq vulkanı püskürüb.

Femida.az xəbər verir ki, püskürmə nəticəsində 2 kilometr hündürlüyədək kül sovrulub.

Kül buludunun cənub və cənub-şərq istiqamətlərində hərəkət etdiyi deyilir.

Hazırda püskürmə zonasında dördballıq cədvəllə üçüncü təhlükə səviyyəsi elan olunub. Vulkana 4 kilometr məsafəyədək yaxınlaşmaq qadağan edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 467