“Buta Airways” Rusiyaya daha bir yeni istiqamət açır
21:06 22 Yanvar 2019
Azərbaycanın loukost aviaşirkəti "Buta Airways" Rusiyaya daha bir yeni istiqamət açır.
“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, 12 may tarixindən etibarən aviaşirkət Bakıdan Ufa şəhərinə birbaşa uçuşlara başlayır. Uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
Başqırdıstanın paytaxtı loukost aviaşirkətin Rusiyadakı altıncı istiqaməti olacaq. Belə ki, aviaşirkətin marşrut şəbəkəsinə hazırda Rusiyanın 5 şəhəri - Moskva, Sankt-Peterburq, Kazan, Həştərxan və Mineralnıye Vodı şəhərləri daxildir.
Aviaşirkətin digər istiqamətləri kimi Bakı-Ufa marşrutu üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək.
Femida.az
Oxunub: 512
Oxşar xəbərlər
- “Buta Airways” Kiyevə uçuşları ləğv edib
- “Buta Airways” əl yükünün daşınması qaydalarını dəyişdi
- “Buta Airways”in təyyarəsi halı pisləşən sərnişin üçün məcburi eniş etdi
- “Buta Airways”in təyyarəsi Ankaraya məcburi eniş edib
- “Buta Airways” daha bir şəhərə reys açdı
- “Buta Airways”in donanmasına “Embraer E-190” əlavə olundu