“Qaçqınkom”un bəzi müəssisələri LƏĞV EDİLDİ


19:43     22 Yanvar 2019 19_01_22_1548170333.jpg

"Qaçqınkom"un Təsərrüfat Hesablı Təchizat və İstehsalat İdarəsinin bəzi müəssisələri ləğv edilib.

Femida.az "Vergilər" qəzetinə istinadən xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Təsərrüfat hesablı Təchizat və istehsalat idarəsinin tabeliyində olan Mərdəkan Sənaye Kombinatı, Füzuli rayon "Qarabağ" Qaçqın Fermer Təsərrüfatı, Sabirabad rayonu "Araz" İstehsal və Təlim Kombinatı, Zəngilan rayonu "Alıbəyli" və Kənd təsərrüfatı müəssisəsi və Qubadlı rayonu "Top Çinar" Aqrar Fermer Təsərrüfatı Komitəsi 15 yanvar 2019-cu il tarixli 04 nömrəli əmrlə ləğv edilib və ləğvetmə komissiyası yaradılıb.

Ləğvetmə komissiyası bəyan edib ki, kombinatların sonradan qeydiyyatdan çıxarılmaqla tam ləğvetmə proseduruna başlanıb. Ləğvetmə komissiyası Bakı şəhəri, Tbilisi prospekti, 129 ünvanda fəaliyyət göstərir.

Ləğv edilən kombinatın kreditorlarının nəzərinə çatdırılır ki, kreditor tələblərinə baxılması üçün bu məlumat dərc edilən gündən etibarən 2 təqvim ayı müddətinə yazılı formada ləğvetmə komissiyasına müraciət etsinlər.

Açar sözlər:

Oxunub: 465