Qazaxda 2 raket aşkar edilib
22:40 22 Yanvar 2019
Qazax rayonunda partlamamış 2 ədəd raket aşkar olunub.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Femida.az-a verilən məlumata görə, bu gün saat 13:20-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Qazax rayonu, Böyük Cəfərli kəndi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının əməkdaşları tərəfindən birlikdə Azərbaycan-Ermənistan sərhəddinə (Dövlət Sərhəd Xidmətinin xidməti ərazisinə) baxış keçirilib. Təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2016-cı il istehsalı olan, düşmən tərəfindən atılmış və partlamamış 2 ədəd 40 mm-lik PQ-7V raketi aşkar olunub, daşınması mümkün olmadığına görə Agentliyin mütəxəssisləri tərəfindən yerində zərərsizləşdirilib.
Raketlərin ətrafında 600 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Femida.az
Oxunub: 317
Oxşar xəbərlər
- Qazaxda toyda mübahisə düşüb, bıçaqlanan var
- Qazaxda 4 gün əvvəl Kürdə batan yeniyetmənin meyiti tapılıb
- Qazaxda avtomobil 10 yaşlı uşağa ağır xəsarət yetirib
- Qazaxda yetkinlik yaşına çatmayan şəxsə toy edilməsinin qarşısı alınıb
- Qazaxda sərhədi pozmağa cəhd göstərən Azərbaycan vətəndaşları saxlanılıb
- Qazaxda Belarus vətəndaşları arasında dava düşüb, xəsarət alanlar var
- Qazaxda bir ailənin 3 üzvü avtomobil qəzasında xəsarət alıb
- Qazaxda 2 nəfər dəm qazından zəhərlənib
- Qazaxda təmizlik idarəsinin işçisi zibil yığan maşının altına düşərək ölüb
- Qazaxda bir ailə zəhərlənib