Bəşər Əsədin Rusiyaya gözlənilməz - Gecə səfəri


17:40     21 Oktyabr 2015 1305582286.jpg


Suriya prezidenti Bəşər Əsəd dünən gecə gözlənilmədən Rusiyaya işgüzar səfərə gedib.

Femida.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Bəşər Əsəd dövlət başçısı Vladimir Putinlə təkbətək görüşüb.

Prezidentin mətbuat xidmətinin yaydığı məlumata görə, əsas müzakirə mövzusu terrorçu-ekstermist qruplaşmalara qarşı mübarizə, Rusiyanın bu ölkədə başlatdığı hərbi əməliyyatlara dair olub:

" Prezident Suriyadakı vəziyyətlə, gələcək planlarla bağlı detallı şəkildə məlumatlandırılıb”.

Bəşər Əsəd isə bildirib ki, əgər Rusiyanın müdaxiləsi olmasaydı, regionda yayılan terrorizm daha geniş əraziyə yayıla bilərdi.

Açar sözlər:

Oxunub: 1398