Qapı kilidləndi, azyaşlı köməksiz qaldı


09:21     23 Yanvar 2019 fhn%20bagli%20qapi.jpg

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

Femida.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və azyaşlını aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 359