Aeroport yolunda maşın ikiyə bölündü - Sürücü öldü
10:08 23 Yanvar 2019
Ötən gecə Bakının Beynəlxalq Hava Limanı yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Femida.az oxu.az-a istinadən xəbər verir ki, “Daewoo Gentra” markalı, 10 PU 395 dövlət nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirib.
O, yüksək sürətlə getdiyindən iki yolu ayıran dəmir arakəsməyə çırpılıb və maşın iki hissəyə ayrılıb.
Sürücü hadisə yerində həyatını itirib. Avtomobildə olan 1994-cü il təvəllüdlü Əhməd Gülməmməd oğlu isə ağır bədən xəsarətləri alıb.
O, dərhal Sabunçu Rayon 3 saylı şəhər kilinik xəstəxanasına yerləşdirilib. Yaralıya qapalı kəllə-beyin travması, baş beyin əziyi diaqnozu qoyulub.
Qeyd edək ki, qəzaya uğrayan avtomobildə olanların toydan qayıtdığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 421
Oxşar xəbərlər
- Aeroport yolundakı dəhşətli qəzanın baş vermə anı - ANBAAN VİDEO
- Aeroport yolundakı qəzada ölənlərin adları açıqlanıb
- Aeroport yolunda baş verən qəzada yaralananların vəziyyəti açıqlanıb
- Aeroport yolunda qəza törədən yük avtomobilinin 19 yaşlı sürücüsü saxlanılıb
- Aeroport yolundakı qəzada xəsarət alanların adları bilindi - SİYAHI
- Aeroportda Bakı sakinindən narkotik götürülüb
- Aeroport yolunda qəzada ölən və xəsarət alanların adları məlum olub
- Aeroport yolunda zəncirvari qəza - 3 avtomobilə görə yol tıxandı
- Aeroport yolunda taksi avtobusla toqquşdu - ANBAAN VİDEO
- Aeroportun girişində iki avtomobil yanıb