Hələbdə yaşayan "Sarı Adam" kimdir? - Fotolar


10:44     23 Yanvar 2019 19_01_23_1548225966.jpg


Suriyada - Hələbdə yaşayan 68 yaşlı Əbu Zakkur insanlar tərəfindən bu gün də sirri açılmamış bir özəlliyə malikdir. Femida.az-ın məlumatına görə, Zakkur düz 35 ildir ki, yalnız sarı rəng paltar geyinir.

Hazırda onun ləqəbi "Sarı kişi”dir. Zakkurun hekayəsi 1983-cü ildə başlayıb. Məhz həmin il suriyalı kişi yalnız sarı rəngdə geyinməyə qərar verir. Çünki sarı rəngi sevginin simvolu kmi qəbul edirdi. O vaxtdan bəri Əbu Zakkuru başqa rəng paltarda görən olmayıb. Hətta əşyalarını belə sarı rəngdə seçir. Aksesuarları, papağı, qalstuku, çətiri, hətta mobil telefonu belə sarıdır.

İstədiyi əşyanın sarırəngini tapmadıqda onu alıb sarı rəngə boyadır. Evdəki əşyalarının da əksəriyyəti sarıdır.

Hələb camaatı onun haqqında müxtəlif rəvayətlər yaradıb. Bəziləri onun Başar Əsəd üçün çalışdığını, bəziləri xalqın arasında informasiya topladığını, bəziləri isə İŞİD və Əl-Qaidə təşkilatı ilə əlaqəli olduğunu iddia edir.

Əbu Zakkurun fotolarını təqdim edirik:










Amin

Femida.az

Açar sözlər: #Suriya   #sarı   #Hələb  

Oxunub: 937